İDMAN
İslamiada: Azərbaycanın kişi həndbolçuları turnirdə beşinci olublar
Bakı, 12 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 12-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 5-6-cı yerlər uğrunda görüşdə Azərbaycan və Mərakeş milli komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, rəqibinə 31:25 hesabı ilə qalib gələn Azərbaycan həndbolçuları İslamiadada beşinci yeri tutublar. Mərakeş kollektivi isə altıncı olub.
Görüşün sonlarını komandamız azlıqda keçirməli olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyun rumıniyalı hakimlər tərəfindən idarə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]