İDMAN


İslamiada: Azərbaycanın kişi və qadın basketbolçuları finala vəsiqə qazanıblar

Bakı, 21 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarında həm kişilərin, həm də qadınların mübarizəsində yarımfinal görüşləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın qadın və kişi basketbolçuları yarımfinalda Türkiyə idmançıları ilə qarşılaşıblar. Qadın basketbolçularımız 17:7, kişi idmançılarımız isə 19:14 hesabı ilə qalib gəliblər.

Hər iki kateqoriyada yarımfinalın digər iştirakçısı olan Türkmənistanın qadın basketbolçuları Maliyə (9:13), kişi atletləri isə Qətərə (14:21) məğlub olublar.

Beləliklə, basketbol 3x3 üzrə qadınların yarışında Azərbaycanın millisi Mali, kişilərin mübarizəsində isə komandamız Qətər ilə qarşılaşacaq.

Həm qadınların, həm də kişilərin yarışında üçüncü yer uğrunda görüşlərdə Türkiyə və Türkmənistan təmsilçiləri mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.