İDMAN


İslamiada: Azərbaycanın kişi və qadın komandaları stolüstü tennis yarışlarının yarımfinalında

Bakı, 20 may, B. Vəliyev, X. Nağıyeva, AZƏRTAC

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında komanda yarışlarının dörddəbir final mərhələsinə yekun vurulub, yarımfinalçılar müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışlarda Azərbaycan bir kişi və bir qadın komandası ilə təmsil olunur. Qadın stolüstü tennisçilərimiz mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulublar. Millimiz finala vəsiqə uğrunda yarışa birbaşa yarımfinaldan qoşulan Pakistan millisi ilə qarşılaşacaq. Mübarizəyə yarımfinaldan başlayan Türkiyə komandasının rəqibi dörddəbir finalda Qayana millisinə 3:0 hesabı ilə qalib gələn İran yığması olacaq.

Qadınların yarışında yarımfinalda Türkiyə-İran və Azərbaycan-Pakistan oyunları keçiriləcək.

Kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib. Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala yüksəliblər. İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Kişilərin mübarizəsində yarımfinalda Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı yığması isə İran millisi ilə üz-üzə gələcək.

Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

İslamiadanın stolüstü tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.