İDMAN


İslamiada: Azərbaycanın qadın basketbolçuları Mali səddini keçə bilməyiblər

Bakı, 19 may, A.Sadıq, S.Məmmədova, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının ikinci gününün ilk yarısında 8 qarşılaşma oynanılıb.

AZƏRTAC xəbər verir ki, qadınların yarışında üç, kişilərin mübarizəsində isə beş görüş keçirilib. Azərbaycanın qadın basketbolçuları yarışlarda Mali millisinə 8:11 hesabı ilə məğlub olub. Türkmənistan millisi ilk oyunda Əlcəzair yığmasını 15:10 hesabı ilə məğlub etsə də, növbəti oyunda Mali komandası ilə görüşdə məğlubiyyətə uğrayıb – 8:11.

Kişilərin yarışında Kot d'İvuar yığması İndoneziya millisinə 21:7, İordaniyaya isə 18:11 hesabı ilə qalib gəlib. Mali millisi də hər iki oyunda qələbə qazanıb. Mali basketbolçuları ilk oyunda Qətəri (20:11), sonrakı görüşdə İndoneziyanı (21:7) məğlub edib. Qətər basketbolçuları isə İordaniya komandasına qalib gəlib - 21:8.

Hazırda basketbol 3x3 yarışlarında günün ikinci yarısının görüşləri keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.