İDMAN
İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə qazanıblar
Bakı, 17 may, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 17-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, birinci yarımfinal görüşündə Azərbaycan yığma komandası Tacikistan millisinə hər üç setdə asanlıqla qalib gəlib – 3:0 (25:6, 25:10, 25:6).
İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:9, 25:14, 25:12.
Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.
Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]