İDMAN


İslamiada: Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finalda

Bakı, 17 may, G.Mahmudlu, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC

Mayın 17-də “Bakı Crystall Hall”da voleybol yarışlarının yeddinci günündə qadınların mübarizəsinin finalçıları məlum olub.

AZƏRTAC xəbər verir ki, gün ərzində dörd görüş oynanılıb. Kişilərin mübarizəsində “A” qrupunda yer alan Pakistan və Fələstin yığmaları qarşılaşıblar. Pakistan millisi hər üç setdə böyük fərqlə qalib gəlib - 25:8, 25:16, 25:15.

Bu qrupun digər oyununda Azərbaycan millisi qrup mərhələsi çərçivəsində sonuncu görüşünü keçirib. Görüşdə üstün oyun nümayiş etdirən milli komandamız hər üç seti qələbə ilə başa vurub - 25:21, 25:22 və 25:22.

Daha sonra qadın voleybolçuların yarışında yarımfinal görüşləri keçirilib. Azərbaycan yığma komandası Tacikistan millisinə 3:0 (25:6, 25:10, 25:6) hesabı ilə qalib gəlib.

İkinci yarımfinal görüşündə isə Türkiyənin və Qırğızıstanın qadın voleybolçuları üz-üzə gəliblər. Görüş Türkiyə millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:9, 25:14, 25:12.

Beləliklə, qadın voleybolçuların yarışının mayın 18-də keçiriləcək sonuncu oyunlarında Tacikistan və Qırğızıstan komandaları bürünc medallar uğrunda üz-üzə gələcəklər. Final görüşündə isə Azərbaycan və Türkiyə milliləri çempion adı uğrunda yarışacaqlar.

Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.