İDMAN


İslamiada: Kişilər və qadınlar arasında tennis üzrə cütlüklərin yarışlarında yarımfinalçılar müəyyənləşib

Bakı, 19 may, Elvin Camalov, AZƏRTAC

İslamiadanın tennis yarışlarının səkkizinci günündə kişilər və qadınlar arasında cütlüklərin mübarizəsində dörddəbir final mərhələlərinin görüşləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, qadın cütlüklərin yarışında Cavairiah Noordin-Selva Racu Teiviya dueti (Malayziya) Meheq Kohkar-Sara Mansur dueti (Pakistan) ilə görüşdə qələbə qazanaraq (6:4, 6:0) yarımfinala yüksəlib.

Növbəti qarşılaşma Azərbaycan təmsilçiləri Amina Dik-Umayra Həşimova ilə Ayla Aksu-Berfu Cengiz cütlüyü arasında oynanılıb. Türkiyə təmsilçiləri yarımfinala vəsiqə qazanıblar - (6:1, 6:0)

Kişi cütlüklərin mübarizəsində isə Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü (Türkiyə) Musa Alkotop-Al Asvad Hamzeh (İordaniya) üzərində qələbə qazanaraq (6:1, 7:5) yarımfinala vəsiqəni təmin edib.

Digər görüşdə isə Rəsul Qocayev-Filip Nikolic (Azərbaycan) dueti Amine Ahuda-Ayoub Çakrouni (Mərakeş) cütlüyünə (4:6, 3:6) məğlub olaraq yarımfinala çıxmaq şansını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.