İDMAN


İslamiada: Mariya Stadnik Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdırıb VİDEO

Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Olimpiya Oyunlarının üçqat medalçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnik mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq uğurları sırasına İslamiadanın qalibi adını da əlavə edib.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik finalda türkiyəli Evin Demirhan üzərində təmiz qələbə qazanaraq İslamiadada Azərbaycanın aktivinə 70-ci qızıl medalı yazdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıblar.

Mariya Stadnik ilk görüşdə əlcəzairli rəqibi Xeyra Çeyma Yahyaoi üzərində vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. Həlledici görüşdə E.Demirhana da qalib gələn M.Stadnik IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medalları Əlcəzair idmançısı Xeyra Çeyma Yahyaoi aktivinə yazdırıb.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.