İDMAN


İslamiada: Paracüdoçularımızın medal mübarizəsi

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında görmə qüsurlu idmançılar da mübarizəyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, yarışda əvvəlcə 66 kiloqram çəki dərəcəsində Elçin Talıbov tatami üzərinə çıxıb. Onun ilk rəqibi özbəkistanlı Utkirjon Niqmatov görüşə çıxmadığı üçün təmsilçimizə texniki qələbə verilib. İkinci görüşündə Türkiyə idmançısı Rəcəp Çiftçi ilə üz-üzə gələn atletimiz 2:0 hesabı ilə qalib gələrək finalda iştirak hüququ qazanıb. E.Talıbov həlledici qarşılaşmada əlcəzairli Mohammed Kamel Bellabası ipponla məğlub edərək finala yüksələn Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayev ilə görüşəcək.

Yarışa 73 kiloqram çəki dərəcəsində yarımfinaldan qoşulan “Rio-2016”nın çempionu Ramil Qasımov Türkiyə idmançısı Serdar Aydın üzərində ipponla qələbə qazanaraq qızıl medala bir az da yaxınlaşıb. Onun finaldakı rəqibi özbəkistanlı Feruz Sayidov olacaq.

Yüz kiloqram çəki dərəcəsində çıxış edən atletimiz Kənan Abdullaxanlı da Türkiyə idmançısı ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi Dursun Hayranı mübarizədən kənarlaşdıran cüdoçumuz finala vəsiqəni təmin edib.

Həmin çəki dərəcəsində ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev ilk görüşündə İran idmançısı Ehsan Musanezhadkarmozdi ilə qarşılaşıb və rəqibini ipponla məğlub edib. Lakin İ.Zəkiyev ikinci görüşdə Özbəkistan idmançısı Şirin Şaripova uduzub.

Digər paracüdoçularımız Natiq Talıbov (73), Rövşən Səfərov və Tofiq Məmmədov (hər ikisi 90 kq) ilk görüşdə məğlub olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.