İDMAN
İslamiada: Qadın həndbolçuların yarışında Türkiyə millisi Kamerun yığmasına qalib gəlib
Bakı, 10 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında günün ilk qarşılaşması Türkiyə və Kamerun yığma komandaları arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən görüşün ilk hissəsi Türkiyə təmsilçilərin 19:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində kamerunlu həndbolçular 15:14 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda qardaş ölkə idmançıları qələbə qazanıblar - 33:31. Bununla da türkiyəli həndbolçular İslamiadada ikinci qələbələrini əldə ediblər.
İkinci setin sonuna yaxın kamerunlu həndbolçu Ebanqa Baboqa Paola Sirielle qırmızı kart alaraq oyundan kənərlaşdırılıb.