İDMAN


İslamiada: Qadınlar arasında fərdi tennis yarışlarının 1/4 final mərhələsinin dörd iştirakçısı müəyyənləşib

Bakı, 18 may, Elvin Camalov, AZƏRTAC

Mayın 18-də İslamiadanın tennis yarışlarında qadın tennisçilər arasında fərdi görüşlərin səkkizdəbir final mərhələsində dörd oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, səkkizdəbir finalda mübarizə aparan qadın tennisçilərimizdən Amina Dik Özbəkistan təmsilçisi Komola Umarovaya hər iki setdə məğlub olaraq (0:6, 0:6) mübarizəni dayandırıb. Özbəkistanlı tennisçi adını dörddəbir finala yazdırıb.

Oman təmsilçisi Fatma Al Nabhani dörddəbir finala vəsiqəni Türkmənistan idmançısı Anastasiya Prenko üzərində inamlı qələbə (6:3 və 6:0) qazanaraq təmin edib.

Malayziya təmsilçisi Selva Racu Teiviya səkkizdəbir finalda pakistanlı Suhail Uşnanı məğlub edərək (6:2, 5:7, 6:1) növbəti mərhələyə yüksəlib.

Digər görüşdə isə İran təmsilçisi Sədəf Sadeqvəzirini 6:1 və 6:3 hesabı ilə mübarizədən kənarlaşdıran Türkiyə tennisçisi Ayla Aksu dörddəbir finala adlayıb.

Qadınların fərdi yarışında dörddəbir final mərhələsinin digər iştirakçıları mayın 19-da müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.