İDMAN


İslamiada: Taekvandoçumuz Səid Quliyev yarışda mübarizəni dayandırıb

Bakı, 18 may, AZƏRTAC 

“Baku-2017”də taekvando yarışlarında kişilərin mübarizəsində ölkəmizi 74 kiloqram çəki dərəcəsində təmsil edən Səid Quliyev dörddəbir finaldakı ilk görüşündə Surinam idmançısı Toş Van Diyk Niyaz ilə döyüşüb.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqib idmançının 19:17 hesablı üstünlüyü ilə yekunlaşıb.

Beləliklə, taekvandoçumuz yarışlarda mübarizəni dörddəbir final mərhələsində dayandırıb.

Xatırladaq ki, bu gün Azərbaycanın dörd taekvandoçusu medallar uğrunda mübarizəyə qoşulub. Onlardan ikisi “Baku-2017”nin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.