İDMAN


İslamiada: Üzgüçülük üzrə yarımfinal və final yarışlarına start verilib

Bakı, 15 may, G.Mahmudlu, AZƏRTAC

Mayın 15-də Bakı Su İdman Sarayında üzgüçülük yarışlarının müxtəlif növləri üzrə yarımfinal və final mərhələlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının yarımfinal görüşləri keçirilir.

Sonra kişilər və qadınlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında yarımfinal olacaq.

Bundan əlavə, qadınlar arasında 100 və 1500 metr məsafəyə sərbəst üsulla üzmə, qadınlar arasında 200 metr, kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə, kişilər arasında 400 metr məsafəyə kompleks üsulla üzmə, qadınlar arasında 200 metr məsafəyə batterflay üsulla üzmə və kişilər arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışlarının final mərhələsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.