MƏDƏNİYYƏT


İslamiada çərçivəsində bir sıra mədəni tədbirlər təşkil ediləcək

Bakı, 12 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edəcək.

Milli Turizm Təbliği Bürosunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sabir bağında Oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günləri keçiriləcək. Mayın 13-də saat 10:00-dan İran mədəniyyət günləri çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq olar. Saat 19.00-da İran ifaçılarının konserti keçiriləcək. Tədbirdə İranın Azərbaycandakı səfirinin, digər rəsmi şəxslərin, habelə idmançıların iştirak edəcəyi gözlənilir.

İslamiada çərçivəsində Sabir bağında həmçinin İndoneziya, Malayziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.