İDMAN


İslamiada: idman gimnastikası yarışlarının final mərhələsi başlayıb

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası yarışlarının final mərhələsi başlanıb.

AZƏRTAC xəbər verir ki, final mərhələsində kişi atletlər sərbəst, paralel qollarda, halqalarda, gimnastika atında, turnikdə hərəkətlərdə, dayaqla tullanmada güclərini sınayırlar. Qadınların yarışı isə sərbəst hərəkətləri, dayaqla tullanmanı, müxtəlif hündürlüklü qollarda, gimnastika tirində hərəkətləri əhatə edir.

İdmanın bu növündə Azərbaycanı kişi gimnastlardan Murad Ağarzayev, Timur Bayramov, Talas Bence, qadınlardan isə Yuliya İnşına, Yekaterina Tişkova, Marina Nekrasova təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.