İDMAN


İslamiadada atıcılıq yarışlarının üçüncü gününə start verilib

Bakı, 15 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Mayın 15-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə qadınların 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişilərin 50 metrdən tapança ilə atəş, kişilərin 25 metrdən standart tapança ilə atəş, kişilərin, qadınların dairəvi stend və qarışıq komanda halında səngər stendi yarışları keçiriləcək.

Bugünkü yarışlarda Azərbaycanın 14 idmançısı mübarizə aparacaq.

Kişilərin 50 metrdən tapança ilə atəş açma yarışında Rəsul Məmmədov, Rəhim Rəhimov, Ruslan Lunyov birincilik uğrunda mübarizə aparır. kişilərin dairəvi stend yarışında Azərbaycanı Fuad Qurbanov, Niyaz Ağazadə və Emin Cəfərov təmsil edir.

Qadınların dairəvi stend yarışında isə Azırbaycan atıcılarından Püstəxanım Məlikova, Nurlana Cəfərova və Regina Meftahətdinova mübarizəyə qoşulub.

Qeyd edək ki, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışında Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.