İDMAN


İslamiadada güləş yarışlarının ikinci günündə 4 pəhləvanımız xalça üzərinə çıxır VİDEO

Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə 66, 75, 85 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Bu çəkilərdə Azərbaycanın idman şərəfini Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) qoruyurlar.

Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.