İDMAN


İslamiadada stolüstü tennis üzrə komanda yarışları başlayıb

Bakı, 20 may, B. Vəliyev, X. Nağıyeva, AZƏRTAC

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında komanda yarışlara başlayıb.

AZƏRTAC xəbər verir ki, qadın və kişi idmançılar mübarizəyə dörddəbir final mərhələsindən başlayıblar.

Azərbaycan yarışda bir kişi və bir qadın komandası ilə təmsil olunur.

Kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Qadın stolüstü tennisçilərimiz isə birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulublar. Millimiz finala vəsiqə uğrunda yarışa birbaşa yarımfinaldan qoşulan Pakistan millisi ilə qarşılaşacaq.

Yarışlar “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.