İDMAN


İslamiadanın ağır atletika yarışlarında 21 ölkədən 130 idmançı birincilik uğrunda mübarizə aparacaq

Bakı, 12 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.

AZƏRTAC Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, yarışlarda körpücük üzərinə 21 ölkədən 130 idmançı çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyətlə (8 qadın və 8 kişi) qatılacaq.

Ağır Atletika Akademiyasında keçiriləcək yarışlara çəkisi 56 kiloqram olan kişilərin mübarizəsi ilə start veriləcək. Birinci sessiya mayın 13-də saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.

Ağır atletika yarışları mayın 13-17-də hər gün saat 12:00-da başlayacaq. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.