İDMAN


İslamiadanın atletika və paraatletika yarışlarına yekun vurulub
Azərbaycan idmançıları yarışlarda 18 medal qazanıblar

Bakı, 20 may, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atletika və paraatletika yarışlarına mayın 20-də yekun vurulub. Beş gün ərzində Bakı Olimpiya Stadionunda keçirilən yarışlarda Azərbaycan idmançıları 18 medal (10 qızıl, 4 gümüş və 4 bürünc) qazanıblar.

AZƏRTAC xəbər ki, atletlərimiz yarışların sonuncu gününə bir qızıl və bir bürünc medalla start veriblər. Kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub. Digər idmançımız Zeynidin Bilalov isə 5,22 metr nəticə ilə bürünc medal qazanıb. Yarışın gümüş medalına isə 5,28 metr göstərici ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.

Kişilər arasında T12 kateqoriyasında uzunluğa tullanma yarışında isə təmsilçilərimiz - Kamil Əliyev 7,10 metr nəticə ilə gümüş, Oleq Panyutin isə 6,78 metrlə bürünc medala sahib olublar. Yarışın qızıl medalını 7,12 metr göstərici ilə Özbəkistan təmsilçisi Doniyor Salıyev qazanıb.

Beş gün ərzində Azərbaycan idmançıları İslamiadanın atletika və paraatletika yarışlarında ümumilikdə 18 medal qazanıblar. Onlardan 10-u qızıl, 4-ü gümüş, 4-ü isə bürünc medaldır. Atletlərimiz yarışın birinci günündə - mayın 16-da 5 (4 qızıl və 1 bürünc), ikinci günündə 6 (3 qızıl, 2 gümüş və 1 bürünc), üçüncü günündə 2 (1 qızıl, 1 gümüş), dördüncü günündə 1 (qızıl), sonuncu gün isə 4 (1 qızıl, 1 gümüş, 2 bürünc) medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.