İQTİSADİYYAT
İslamiadanın bağlanış mərasiminə cəlb edilən avtobus sürücüləri tibbi müayinədən keçirlər
Bakı, 22 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra saat 17:00-da daşınma prosesinə start veriləcək və proses saat 20:00-dək davam edəcək.
Bakı Nəqliyyat Agentliyi ekspress xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir.