İDMAN
İslamiadanın dördqat çempionu: 2018-ci ildə dünya çempionu adı uğrunda mübarizə aparmaq niyyətindəyəm
Bakı, 16 may, Əziz Məmmədov, AZƏRTAC
Məşqçi heyətinin savadlı və sistemli proqramı sayəsində mənim nəticələrim ilbəil yaxşılaşır. Buna görə də IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq idmanı üzrə indiyə qədər çıxış etdiyim dörd növün hər birində qalib gəlmişəm. Lakin bununla kifayətlənmək fikrində deyiləm. Bildiyiniz kimi, dörd ildə bir dəfə atıcılıq üzrə dünya çempionatı keçirilir. Sonuncu çempionat 2014-cü ildə olub. Gələn il dünya çempionu adı uğrunda mübarizə aparmaq niyyətindəyəm.
Atıcılıq üzrə “Bakı-2017” yarışlarının dördqat çempionu Ruslan Lunyov bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
R.Lunyov daha sonra deyib: “Olimpiadanın medalı hər bir idmançı üçün ali mükafat və sevincdir. “Rio-2016”da mən adlı-sanlı rəqiblərlə mübarizəyə hazır deyildim. Lakin İslamiadada qazandığım hər qələbədən sonra öz qüvvəmə inamım artır. Düşünürəm ki, “Tokio-2020”də öz imkanlarım zirvəsinə çatacam, olimpiadanın mükafatçısı, bəlkə də çempionu olacağam”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]