İDMAN


İslamiadanın gümüş mükafatçısı: Azərbaycan azarkeşləri bizi çox mehriban qarşıladılar

Bakı, 15 may, Əziz Məmmədov, AZƏRTAC

Mən IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmağı çox istəyirdim. Əlbəttə, qələbənin bir addımlığında onu əldən verməyim məni məyus etdi. Uzun müddət liderlik etdim. Təəssüf ki, yekun atəşim hədəfə dəymədi. Amma idmanda belə şeylər olur. Burada uğur və uğursuzluq bir-birini əvəzləyir. Azərbaycan təmsilçisinin qələbəsinə ürəkdən sevinirəm.

Bu sözləri “Bakı-2017” Oyunlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışlarının gümüş mükafatçısı Murat Kılıc (Türkiyə) AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Türkiyəli idmançı Oyunlar barədə təəssüratlarını bölüşərək deyib: “Azərbaycan İslamiadaya çox yaxşı hazırlaşıb. Əzəmətli stadion, müasir idman qurğularından ibarət bütöv bir kompleks. Oyunlar elə mükəmməl təşkil edilib ki, heyrətimi ifadə etmək üçün söz tapa bilmirəm. Gözəl xalqınıza təşəkkür etmək istəyirəm. Azərbaycan azarkeşləri bizi çox mehriban qarşıladılar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.