İDMAN


İslamiadanın idman gimnastikası yarışlarında təsnifat mərhələsinin ikinci gününə start verilib

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında təsnifat mərhələsi davam edir. Bu gün, həmçinin kişi və qadın komandaları üzrə mükafatlandırma mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bugünkü təsnifat mərhələsi idman gimnastikasında kişilərin dayaqla tullanma, turnikdə hərəkət və dəstəkli atda hərəkətlərini, qadınların sərbəst hərəkətlərini və gimnastika tirində hərəkətlərini əhatə edir.

İdman gimnastikasında Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova, Marina Nekrasova, Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.