İDMAN


İslamiadanın mükafatçısı: Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən biridir

Bakı, 13 may, Əziz Məmmədov, AZƏRTAC

Final yarışları çox çətin oldu və təəssüf ki, qələbəni əldən verdim. Buna baxmayaraq, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ikinci yeri özüm üçün çox uğurlu nəticə sayıram.

Bu fikri “Bakı-2017” Oyunlarının pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışlarının gümüş mükafatçısı, Banqladeş idmançısı Məhəmməd Rəbbi Həsən Munna söyləyib.

İslamiadanın təşkilatçılıq səviyyəsi barədə təəssüratlarını bölüşən atlet deyib: “Bakı Oyunları yüksək səviyyədə təşkil edilib. İdman zalları ən müasir trenajorlarla təchiz edilib. Azərbaycan mətbəxinin dadı isə hələ uzun müddət damağımızdan getməyəcək. İdman qurğuları arasında Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etmək istəyirəm. Əminlik hissi ilə deyə bilərəm ki, bu mərkəz dünyada ən yaxşı atıcılıq mərkəzlərindən biridir və burada idmançılara beynəlxalq standartlara tam müvafiq şərait yaradılıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.