İDMAN


İslamiadanın paraatletika yarışlarında Azərbaycanın ilk qızıl medalı

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında Azərbaycan idmançıları ilk qızıl medalı qazanıblar.

AZƏRTAC xəbər verir ki, idmançımız Samir Nəbiyev kürəitələmə yarışında bütün rəqiblərini qabaqlayaraq çempion adına sahib olub.

İran təmsilçiləri Cavid Şakib Ehsani və Cavad Dalakeh müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Qaliblərin mükafatlandırılması mərasimində medalları idmançılara Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlham Rəhimov təqdim edib.

Çempion atletimizin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.