DÜNYA
İslandiya enerji axtarışında vulkan qazmaq qərarına gəlib
Bakı, 24 yanvar, AZƏRTAC
İslandiya bərpa olunan enerji mənbəyi əldə etmək üçün vulkanda dünyada ən dərin geotermal quyu qazmaq qərarına gəlib.
AZƏRTAC “ecoportal.su” saytına istinadla xəbər verir ki, bu barədə “Digital Journal” nəşri yazıb.
Quyunu adətən olduğundan 2 dəfə dərin - 5 kilometr dərinliyində qazmaq planlaşdırılır. Belə dərinlikdə, 500 dərəcədən yüksək temperatur və ekstremal təzyiq şəraitində “ifrat böhran vəziyyətində buxar” əmələ gəlir ki, bu da layihənin səmərəliliyini xeyli artırır.
Dərinliyi 2,5 kilometr olan quyu təxminən 5 meqavat ekvivalentində güc verir. Beş kilometrlik quyudan gücün onqat artacağını gözləyirlər. İslandiya 30-50 meqavat güc əldə etməyə ümid bəsləyir.
Qeyd edək ki, İslandiya geotermal enerjidən istifadə sahəsində dünya lideridir və elektrik enerjinin təxminən 26 faizini geotermal mənbələrdən alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]