İDMAN


İslandiya yığması vətənində qəhrəman kimi qarşılanıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Fransadan vətəninə dönən futbol üzrə İslandiya milli komandası “buzlar ölkəsində” qəhrəman adını qazanıb.

AZƏRTAC xəbər verir ki, “Avro-2016”-da çıxışını məğlubiyyətlə başa vurmasına baxmayaraq komandanın bütün heyəti paytaxt Reykyavikdə bayram ab-havası ilə izdihamlı kütlə tərəfindən qarşılanıb.

Məlumat üçün qeyd edək ki, İslandiya millisi çıxışına “F” qrupunda start verib və ikinci pillədə qərarlaşmağı bacarıb. Macaristan və Portuqaliya ilə bərabərə qalan bu yığma, ardından Avstriyaya qalib gəlməklə adını səkkizdəbir finala yazdirib. Bu mərhələdə daha bir böyük uğura imza atan islandiyalılar İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edib.

Nəhayət, dörddəbir finalda onları yalnız meydan sahibi Fransa yarışdan kənarlaşdıra bilib. Avropa çempionatının seçmə mərhələsini keçib və turniri səkkizdəbirdə başa vurmaq faktı isə özü-özlüyündə İslandiya millisi üçün böyük nailiyyət deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.