İQTİSADİYYAT


İsmail Alper Coşkun: Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı artmaqdadır

A+ A

Bakı, 12 avqust, Nihad Budaqov, AZƏRTAC 

Son altı ayın rəqəmləri göstərir ki, Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayında artım olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib. Səfir bildirib ki, azərbaycanlılar Türkiyənin müxtəlif şəhərlərinə və turizm bölgələrinə səfər edirlər. Əsasən də son dövrlərdə Antalyaya səfər edən azərbaycanlı turistlərin sayında artım var.

“Hazırda Türkiyədə, əsasən də İstanbulda, eyni zamanda digər turistik şəhərlərdə həyat tam normal vəziyyətə dönüb. Şəhərlərdə tam sabit və təhlükəsiz mühit hökm sürür”, - deyə səfir əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.