SİYASƏT


İsmail Cabbarzadə: İran ilə Azərbaycan dost və qardaş ölkələrdir

Tehran, 30 iyun, AZƏRTAC

İran ilə Azərbaycan dost və qardaş ölkələrdi. Azərbaycanın uğurları bizim üçün həmişə sevindirici olub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə deyib.

Bakıya səfərlərini və Prezident İlham Əliyev ilə görüşünü məmnuniyyətlə xatırladan vali qeyd edib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatlar ölkənin inkişafına əlavə stimul verir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsini şərtləndirir.

İ.Cabbarzadə İranın Şərqi Azərbaycan vilayətinin Azərbaycan Respublikası ilə sərhəddə yerləşdiyini vurğulayaraq diqqətə çatdırıb ki, bu qarşılıqlı investisiya yatırımını asanlaşdırır.

Şərqi Azərbaycanda yaşayanların Bakı, Naxçıvan və Gəncə şəhərlərinə turist səfərlərinin artdığını bildirən vali bunu Azərbaycan şəhərlərinin gözəlliyi, viza rejiminin sadələşdirilməsi və ictimai-siyasi sabitliyin möhkəmliyi ilə əlaqələndirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.