CƏMİYYƏT
İsmayıl Əsgərov: Fəxri xiyabanda gördüyünüz bu izdiham Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramın ifadəsidir
Bakı, 12 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Həmişə olduğu kimi, bu dəfə də Fəxri xiyabana ziyarətə gələnlər dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə ona minnətdarlıq etməyi unutmurlar. Belə insanların arasında Bakı sakini, təqaüdçü, keçmiş tibb polkovniki İsmayıl Əsgərov da vardı.
O, AZƏRTAC-a müsahibəsində bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Ulu öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xalqı demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə edib. Heydər Əliyev ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz ictimai-siyasi, iqtisadi və mədəni inkişafa nail olmaqla, beynəlxalq aləmdə nüfuzunu da artırıb.
Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz ümummilli liderə borcluyuq. Bu gün Fəxri xiyabanda gördüyünüz bu izdiham əvəzsiz şəxsiyyətin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir. Heydər Əliyev hər zaman qəlbimizdədir və Azərbaycan durduqca unudulmayacaqdır.