REGİONLAR
İsmayıl Hacıyev: “İpək Yolu” festivalının çox gözəl perspektivi var VİDEO
Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Mənim üçün böyük xoşbəxtlikdir ki, görkəmli bəstəkar Cövdət Hacıyevin 100 illik yubileyi doğma Vətənimdə, Azərbaycanda belə yüksək səviyyədə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri bəstəkarın oğlu, musiqişünas İsmayıl Hacıyev Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cövdət Hacıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində deyib.
İyirmi ildən çoxdur ki, Kanadada yaşadığını bildirən İsmayıl Hacıyev bu illər ərzində bütün fəaliyyətini Azərbaycan musiqisinin xaricdə daha geniş təbliğinə həsr etdiyini diqqətə çatdırıb.
“İpək Yolu” festivalının çox gözəl perspektivi olduğunu vurğulayan İsmayıl Hacıyev deyib: “Səkkizinci dəfə keçirilən bu festival artıq yeni mərhələyə qədəm qoyub və biz hamımız çalışmalıyıq ki, “İpək Yolu” dünya səviyyəsində ən yaxşı festivallardan biri olsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]