CƏMİYYƏT


İsmayıllı Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda tədbir keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə iyulun 3-də İsmayıllı Bilik Evində “Narkomaniyaya qarşı mübarizə edək” mövzusunda tədbir keçirib. Tədbirdə İsmayıllı rayonunun həkimləri, müəllim və valideynlər iştirak ediblər.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Mərkəzin həkim-metodisti Şəhla Mirzəzadə geniş təqdimatla çıxış edərək, zərərli vərdişlərə, narkotik maddələrə aludəliyin ağır fəsadları barədə ətraflı məlumat verib. O, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyini bildirib. İnteraktiv tərzdə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, narkomaniyanın profilaktikası məqsədilə təşkil olunan təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının sağlam həyat tərzinin təbliğində böyük əhəmiyyət daşıdığı vurğulanıb.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.