REGİONLAR


İsmayıllı Rayon Veteranlar Təşkilatının növbədənkənar konfransı keçirilib

A+ A

İsmayıllı, 13 iyul, AZƏRTAC

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayon veteranlar təşkilatının növbədənkənar konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət qulluğu veteranı Valeh Salehov konfransı açaraq, veteranların ictimai-siyasi həyatımızdakı fəal rolundan danışıb.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, respublika veteranlar təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyev, təşkilatın rəyasət heyətinin üzvü, polkovnik Həsən Əmirov və başqaları çıxış edərək, Prezident İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan danışıb, idarəetmədə, ideoloji və siyasi tərbiyə işlərində veteranların fəal rolundan bəhs ediblər.

Konfransda respublika veteranlar təşkilatı, veteranların sosial müdafiəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Kamal Əliyev icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova “Veteran həmrəyliyi” medalını təqdim edib.

Növbədənkənar konfransda təşkilatı məsələyə baxılıb, Əlaləm Babayev rayon veteranlar təşkilatının yeni sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.