REGİONLAR
İsmayıllı gəncləri Qəbələdən xoş təəssüratla qayıdıblar
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qəbələ rayon gəncləri ilə görüş keçirilib, rayonun tarixi və mədəniyyət abidələrinə, istirahət mərkəzlərinə, turizm obyektlərinə gəzintilər təşkil olunub.
Hər yerdə, həyatın bütün sahələrində dinamik, sürətli inkişafın nəticələrini görən İsmayıllı gəncləri ölkəmizdə, o cümlədən bütün regionlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan irihəcmli layihələrin bir daha şahidi olublar.
Səfər təəssüratını AZƏRTAC ilə bölüşən İsmayıllı Humanitar Texnologiya Kollecinin tələbəsi Əli İmamverdiyev deyib: “Azərbaycanın gözəl, tarixi məkanı olan Qəbələ büsbütün dəyişib, özü də çox sürətlə. Burada həyat tamamilə canlanıb. Çoxlu turistləri gördük, xaricdən gələnlər də az deyildi. Artıq burada bütün səviyyələrdə beynəlxalq tədbirlər də keçirilir. Əlbəttə, bütün bunlar ölkəmizdə sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir”.