REGİONLAR
İsmayıllı gənclərindən təqdirəlayiq təşəbbüs: “Təmiz şəhərdə yaşa”
İsmayıllı, 6 iyun, AZƏRTAC
İsmayıllıda Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzinin dəstəyi ilə iyunun 6-da “Təmiz şəhərdə yaşa” devizi ilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, təmizlik aksiyasında kollecdən və peşə tədris mərkəzindən 60 gənc iştirak edib. Gənclər üç qrupda İsmayıllı şəhərinin ayrı-ayrı ərazilərində - Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, uşaq əyləncə parkında və Xocalı anım abidəsi ətrafında təmizlik aparıblar.
Azərbaycanda turizm mövsümünün başlandığı bir vaxtda doğma şəhərlərinin təmiz, gözəl və cəlbedici olmasını istəyən gənclər təmizlik aksiyasında fəallıq nümayiş etdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]