REGİONLAR


İsmayıllı məktəbliləri Yaponiyaya yola düşüblər

A+ A

İsmayıllı, 1 avqust, AZƏRTAC 

Yaponiyanın İto şəhərində keçirilən 12 günlük “İto yay festivalı”nda iştirak etmək üçün İsmayıllı məktəbliləri - şəhər 2 saylı tam orta məktəbinin X və IX sinif şagirdləri Məhəmməd Bünyətov və Fərid Gərayev ingilis dili müəllimi Şərafət Bayramovun rəhbərliyi ilə dost ölkəyə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında 2013-cü ildə imzalanan qarşılıqlı dostluq haqqında sazişə müvafiq olaraq əlaqələr hər ötən il daha da genişlənir. Qarşılıqlı səfərlər, təcrübə mübadilələri, İto şəhərində Azərbaycan, İsmayıllıda isə Yapon dilini öyrənmə kurslarının təşkili, Yapon bağının salınması bu münasibətləri daha da dərinləşdirib.

Məktəblilər “İto yay festivalı”nda ölkəmizi təmsil edəcək, həmyaşıdları ilə əlaqə quracaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.