REGİONLAR
İsmayıllı məktəblisi: Qubadakı kütləvi soyqırımı məzarlığı qan yaddaşımızdır
Quba, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində bu gün Quba rayonu ilə yaxından tanış olduq. Tarixi yerlərlə yanaşı, rayonda çox fərqli təbiət mənzərələri bizi valeh etdi.
Tur-aksiya barədə təəssüratlarını AZƏRTAC-a bölüşən İsmayıllı şəhər 6 saylı tam orta məktəbin IX sinif şagirdi Ləman Həsənova qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksi və həmin ərazidəki kütləvi məzarlıqda olduğu zaman çox təsirlənib.
Məktəbli erməni vandallarının soydaşlarımızın başına gətirdikləri müsibətləri heç vaxt unutmayacağını bildirib: “Qubadakı kütləvi məzarlıq bizim qan yaddaşımızdır. Biz bunu unutmamalı, haqq səsimizi dünyaya çatdırmalıyıq”.
Ləman Həsənova qeyd edib ki, dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə, Cümə məscidi, xalçaçılıq müəssisəsi ilə tanışlıq da yaddaşında silinməz izlər buraxıb.