CƏMİYYƏT


İsmayıllı rayon sakinindən 41 kiloqramdan çox narkotik maddə götürülüb

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mican kənd sakini Elnur Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 27,4 kiloqram olan 47 çətənə kolu götürülüb. E.Məmmədovun evinə baxış zamanı isə oradan 13 kiloqram 933 qram marixuana aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağamalıoğlu kənd sakini Elxan Cəfərovun evinə baxış zamanı oradan 3 kiloqram 820 qram marixuana və 14,92 qram çətənə toxumları aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.