REGİONLAR


İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 4-də İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib. Reyd zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında çəkisi 300 kiloqram olan kəsilmiş 3 baş at cəmdəyi aşkar edilib. Aşkarlanmış at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq, at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.

Həmin qərara uyğun olaraq sentyabrın 9-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında İsmayıllı rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.