Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha sürətlə inkişaf etməsi üçün böyük potensial var VİDEO

Vergilər naziri Fazil Məmmədov İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

İsmayıllı, 12 fevral, AZƏRTAC

Vergilər naziri Fazil Məmmədov fevralın 12-də İsmayıllı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, rayon ziyalıları iştirak ediblər.

Görüşdə çıxış edən vergilər naziri Fazil Məmmədov dünyada baş verən proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb, dünyanı bürümüş qlobal böhranın Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində Azərbaycan iqtisadiyyatına təsirinin minimallaşdırılmasına nail olunduğunu vurğulayıb.

F.Məmmədov bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurla inkişaf etməkdə olan ölkə kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinin yüksək kürsülərindən çıxış edərək, ölkəmizin inkişaf təcrübəsi barədə danışır, dünyada gedən proseslərə Azərbaycanın baxışını, mövqeyini açıqlayır. Davosda keçirilən Dünya İqtisadi Forumunda istər “Yeni enerji tarazlığı” mövzusundakı sessiyada, istərsə də dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısında dövlətimizin başçısının çıxışları, Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və BMT-nin birgə təşkilatçılığı ilə keçirilən Suriya məsələsi ilə bağlı beynəlxalq konfransda iştirak üçün Azərbaycan Prezidentinin Londona dəvət olunması respublikamızın beynəlxalq aləmdə və iqtisadi münasibətlərdə fəal tərəfdaşlardan biri olduğunun, ölkəmizin dünyada sabitliyin bərqərar olmasına töhfələr verə biləcəyinin dünya birliyi tərəfindən qəbul edilməsinin təzahürüdür.

Nazir iqtisadi inkişaf dinamikasının saxlanması, yerli istehsalın dəstəklənməsi, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, əhalinin yaranmış yeni iqtisadi vəziyyətdən zərər çəkməməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə ətraflı məlumat verərək, mövcud iş yerlərinin ixtisarına yol verilməməsinin və yeni iş yerlərinin yaradılmasının qarşıda duran ən mühüm vəzifələrdən olduğunu bildirib.

Açıq dialoq şəraitində keçən görüşdə F.Məmmədov Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet istiqamət kimi müəyyənləşdirildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirilib ki, Azərbaycan hökumətinin məqsədi ölkədə sahibkarlığın inkişafına, qeyri-neft sektorunun ümumi daxili məhsulda və büdcə daxilolmalarında payının artırılmasına, sahibkarlıq fəaliyyətində canlanmaya nail olmaqdır. Bu mənada 2016-cı ildə regionlarda sahibkarlığın inkişafına xüsusi önəm veriləcək.

F.Məmmədov yerli sahibkarlara müraciət edərək, onları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə, yerli istehsalla bağlı layihələrə sərmayə yatırmağa çağırıb. Qeyd olunub ki, İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha sürətlə inkişaf etməsi üçün böyük potensial var. Rayonda iqtisadi inkişafı təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində işlər görülür. Bununla belə, İsmayıllının perspektiv inkişafını sürətləndirəcək layihələrin həyata keçirilməsi zəruridir. Rayonda müasir sənaye müəssisələrinin, yeni sahibkarlıq subyektlərinin açılması, investorların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində səyləri artırmaq lazımdır.

Nazir 2015-ci ildə rayonda 720 yeni iş yerinin, o cümlədən 495 daimi iş yerinin açıldığını, 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, Xanagah kəndində inşaat materialları zavodunun, İsmayıllı şəhərində tikiləcək kartof-çipsi istehsalı müəssisəsinin inşasının başa çatdırılacağının təqdirəlayiq olduğunu vurğulayıb.

F.Məmmədov bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkədə aqrar sahə daha da inkişaf etdirilməli, daxili istehsal artırılmalıdır. Bu baxımdan İsmayıllıda da kənd təsərrüfatının böyük perspektivi var.

O, məmnunluq hissi ilə qeyd edib ki, BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə rayonda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Sumağallı, Diyallı, Yeniyol, Çəmənli kəndlərində istixanalar yaradılıb və yüksək keyfiyyətli tərəvəz məhsulları istehsal edilməkdədir. 2015-ci ildə rayonda 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə onların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksində inşaat işləri davam etdirilir.

Rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inkubator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladığı zaman burada 200-250 nəfər işlə təmin olunacaq.

İsmayıllının böyük taxılçılıq rayonu hesab olunduğunu vurğulayan F.Məmmədov rayon üzrə məhsul istehsalının əvvəlki illə müqayisədə 20 faizədək artaraq, 100 min tondan çox olmasını müsbət qiymətləndirib. İsmayıllının tarixən böyük üzümçülük ənənələrinə malik olduğunu xatırladan nazir bu sahənin böyük gəlir gətirən və əməktutumlu sahə hesab olunduğunu, onun inkişaf etdirilməsinin rayon iqtisadiyyatına böyük gəlirlər gətirəcəyini və yeni iş yerləri yaradacağını qeyd edib. F.Məmmədov hazırda ümumi sahəsi 1000 hektara yaxın olan üzüm plantasiyalarının gələcəkdə genişləndirilməsi, onunla bağlı emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasının zəruriliyini vurğulayıb.

İsmayıllının İvanovka kəndində Nikitin adına kolxozun bazasında aqroparkın yaradılması məsələsinə toxunan nazir bu işin 2016-cı ildə başa çatdırılması üçün imkanların mövcud olduğunu qeyd edib.

İsmayıllının Azərbaycanın əsas turizm istiqamətlərinə daxil olan bölgələri sırasında olduğunu diqqətə çatdıran F.Məmmədov bu sahədə rayonun böyük potensiala malik olduğunu, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi sahələrinin inkişafına sərmayə cəlb edilməsi istiqamətində səyləri artırmağın vacibliyini vurğulayıb.

F.Məmmədov yerli icra hakimiyyətini və bələdiyyələri sahibkarlarla partnyorluq münasibətlərini dərinləşdirməyə, iş adamlarına hərtərəfli yardım göstərməyə, sahibkarları isə öz növbəsində yeni iş yerləri yaratmağa, istehsal sahələrini genişləndirməyə, bütün bunlarla yanaşı, fəaliyyət göstərdikləri bölgələrdə öz sosial məsuliyyətlərini hiss etməyə çağırıb.

Vergilər naziri İsmayıllı rayonunun dövlət büdcəsinin dotasiyasından asılılığının azaldılmasının vacibliyini də vurğulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində görülən işlərdən danışaraq, yaxın illərdə büdcədən rayona ayrılan dotasiyaları tamamilə aradan qaldırmağa çalışacaqlarını bildirib.

Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, İsmayıllı rayonunda yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, sahibkarlara kreditlərin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılmasında kömək göstərilməsi və digər təkliflərlə çıxış ediblər.

Vergilər naziri Fazil Məmmədov bütün müraciət və təkliflərin nəzərə alınacağını bildirib.

İsmayıllı rayonunda kənd təsərrüfatı və turizmin daha sürətlə inkişaf etməsi üçün böyük potensial var VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasa tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında