REGİONLAR
İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib
İsmayıllı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətinə hərəkət edən “Ford Transit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn Tovuz rayon sakininə məxsus “Mitsubishi” markalı evakuatorla toqquşub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, iki nəfər aldığı xəsarətdən hadisə yerində ölüb, evakuatorun sərnişini, Tovuz rayon sakini 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu və mikroavtobusdakı sərnişinlər - Qəbələ rayon sakinləri, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]