REGİONLAR


İsmayıllı taxılçıları zəmilərdən 100 min tondan çox məhsul götürüblər

A+ A

İsmayıllı, 26 iyul, AZƏRTAC

İsmayıllı rayonunda taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb və zəmilərdən 100 min 930,7 ton məhsul götürülüb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bu ilin məhsulu üçün 29 min 287 hektarda taxıl yetişdirilib. Bunun 21 min 835 hektarı buğda, 7 min 452 hektarı isə arpadır. Zəmilərin hər hektarından orta məhsuldarlıq 34,5 sentner təşkil edib. Bir sıra ərazilərdə, xüsusilə Qubaxəlilli, Qalagah, Mollaisaqlı, Kəlbənd, Gəraybəyli, Qoşakənd ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.

Biçin kampaniyasında 200-dən çox kombaynın qüvvəsindən istifadə olunub. Bundan 133-ü qonşu rayonlarından köməyə gətirilib. Bu da mühüm strateji məhsulun optimal müddətdə və itkisiz başa çatdırılmasına imkan verib.

Hazırda hər yerdə yay şumu çıxarılır. Yay şumuna 20 traktor cəlb edilib. Qısa müddətdə 1400 hektaradək sahədə şum çıxarılıb. Qarşıdakı payızda 29 min hektardan çox sahədə taxıl əkiləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.