REGİONLAR


İsmayıllıda 2 min hektar yeni fındıq bağları salınacaq

İsmayıllı, 10 avqust, AZƏRTAC 

İsmayıllı Rayon İcra Hakimiyyətində vaxtilə iqtisadiyyatın aparıcı sahələrindən olan barama, tütün və fındıqçılığın inkişafına həsr olunan müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, eləcə də digər çıxış edənlər, ilk növbədə, diqqəti avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsinin yekunlarına cəlb edərək, Prezident İlham Əliyevin müşavirədəki nitqində qarşıya qoyulan konkret vəzifələrdən danışıblar.

Natiqlər 2017-ci ildə barama, tütün və fındıq istehsalının inkişafı sahəsində rayonda görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək vurğulayıblar ki, son illərdə respublikamızda bu sahələrin dirçəldilməsi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar, qəbul olunan qərarlar İsmayıllı rayonunda da böyük razılıqla qarşılanıb. Bildirilib ki, bu il 53 kümçü tərəfindən 2280 qram ipəkqurdu bəslənilərək 2848 kiloqram məhsul istehsal olunub. Hazırda rayonun kümçüləri 2018-ci ildə daha yüksək nəticələrə nail olmaq məqsədilə yem bazasının möhkəmləndirilməsi, ipəkqurdu bəslənilməsinə lazımi şəraitin yaradılması, tut bağlarına xidmətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görürlər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ötən ilin payızından etibarən rayonda 2 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilir və artıq 601 hektar sahədə yeni bağlar salınıb. Fındıq bağlarının salınması ilə əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon qərargahı yaradılıb. Görülən işlər qərargah tərəfindən nəzarətdə saxlanılır və fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər verilir.

Cari ildə, habelə rayonun Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektar sahədə tütün yetişdirilib və hazırda məhsul yığılır.

Müşavirədə barama, tütün və fındıqçılığın inkişafı ilə əlaqədar təkliflər səsləndirilib, görüləcək işlər müzakirə olunub, konkret vəzifələr müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.