REGİONLAR


İsmayıllıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı açılıb

A+ A

İsmayıllı, 16 noyabr, AZƏRTAC

İsmayıllıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı açılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Bilik evi”ndə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi Yadigar Məmmədli, Mərkəzin analitik təhlil şöbəsinin müdiri Rəşad İlyasov, Əməkdar Müəllim Şəfaqət Rəsulov çıxış ediblər.

Çıxışlarda tarixən müxtəlif mədəniyyətlərin, milli azlıqların, etnik qrupların, fərqli dinlərin və dillərin mövcud olduğu İsmayıllıda “Multikulturalizm ili”ndə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açılmasının əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, filial Azərbaycanda, o cümlədən İsmayıllıda multikultural dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində mütəmadi tədbirlər keçirəcək.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Müzəffər Talıblı çıxış edərək ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlanılmasında göstərdikləri xidmətlərdən, multikulturalizm və tolerantlığın bu gün dövlət siyasətinin tərkib hissəsi olmasından danışıb.

Sonda qonaqlar rusların məskunlaşdığı İvanovka kəndinə gəlib, tam orta məktəbdə olublar. Multikulturalizm Mərkəzinin məsləhətçisi Valentin Kulik multikulturalizm və onun mahiyyəti barədə məruzə ilə çıxış edib.

Məktəbə rus və Azərbaycan dillərində kitablar bağışlanıb. Qonaqlar tam orta məktəbin tarix-diyarşünaslıq muzeyi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.