REGİONLAR
İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar idman yarışları keçirilib
İsmayıllı, 5 mart, AZƏRTAC
İsmayıllıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəblilər arasında voleybol, stolüstü tennis və yüngül atletika üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər 3 saylı tam orta məktəbdə keçirilən voleybol yarışında 8 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 3 saylı məktəbin komandası I yeri tutub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin və İsmayıllı Peşə Tədris Mərkəzinin voleybolçuları isə müvafiq olaraq II və III yerlərə sahib olublar.
Həmçinin İsmayıllı Uşaq Gənclər İdman Məktəbində təşkil olunan stolüstü tennis yarışında 38 nəfər, İsmayıllı Peşə Tədris Mərkəzinin idman bazasında keçirilən 100 metr məsafəyə qaçış üzrə yarışda isə 30 nəfər iştirak edib.
Hər üç idman növü üzrə yarışların qalibləri rayon gənclər və idman idarəsi tərəfindən mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]