REGİONLAR


İsmayıllıda Beynəlxalq Əlillər Günü qeyd olunub

İsmayıllı, 2 dekabr, AZƏRTAC 

İsmayıllıda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əlil şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə əlillərin əl işlərindən ibarət satış-yarmarkaya baxış olub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əlillərin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Bayram tədbirində çıxış edən Milli Məclisin deputatı Novruz Aslanov əlillərin sosial həyatının daha təminatlı olması üçün həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, Qarabağ müharibəsi əlili Ravid Pənahov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Kamran Muradov, Əlil Sahibkarlar Təşkilatı rayon filialının sədri Rahim Səmədov və başqaları çıxış edərək, ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

2 saylı şəhər uşaq bağçasının balaca fidanlarının rəqsləri, “Niyal” instrumental ansamblının ifasında səsləndirilən mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda bir qrup əlilə hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.