REGİONLAR


İsmayıllıda Beynəlxalq Əlillər Gününə həsr olunan nərd yarışı keçirilib

A+ A

İsmayıllı, 1 dekabr, AZƏRTAC 

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin və DSMF rayon şöbəsinin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsi əlilləri arasında 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunan nərd yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Şöhrət Baxışov birinci, Ravid Pənahov ikinci, Bəxtiyar Dəmirov isə üçüncü yeri tutub.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplom və medalları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.