REGİONLAR
İsmayıllıda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi Neftçilər Gününə həsr olunub
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 20-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsində səsləndirilib. Məktəbin dinləyiciləri ilə birgə rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, habelə ictimaiyyət nümayəndələrinin qatıldıqları məşğələdə “Dövlət neft siyasəti Heydər Əliyevin “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının təntənəsidir” mövzusu geniş şərh olunub.
Qeyd edilib ki,1994-cü il sentyabrın 20-si Azərbaycanın müasir tarixinə ölkəmiz və xalqımız üçün misilsiz əhəmiyyəti olan parlaq bir hadisənin baş verdiyi gün kimi düşüb. Həmin gün Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” tarixi saziş imzalanıb. Bu saziş dünyanın 7 ölkəsinin 11 iri neft şirkəti ilə ARDNŞ-in iş birliyini rəsmiləşdirən ulu öndərimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı yeni neft strategiyasının həyata keçirilməsi və Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi yolunda ilk mühüm addım oldu. 2001-ci ildə isə Ümummilli Liderimiz “Əsrin müqaviləsi”nin imzalandığı günün ölkəmizdə Neftçilər Günü kimi bayram edilməsi barədə Fərman imzaladı.
Çıxışlarda neftçiləri ürəkdən təbrik edən natiqlər dövlət neft strategiyasının Azərbaycanın çiçəklənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Sonda bayram münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan rayon qaz istismarı sahəsinin bir qrup işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.