REGİONLAR


İsmayıllıda “Uşaq hüquqları aylığı”nın yekunlarına həsr edilən “dəyirmi masa” keçirilib

A+ A

İsmayıllı, 19 noyabr, AZƏRTAC

BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq hüquqları aylığı” başa çatır.

AZƏRTAC xəbər verir ki, İsmayıllıda rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə aylıq çərçivəsində görülən işlərin yekunlarına həsr olunan “dəyirmi masa” keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Xətai Abbasov “Uşaq hüquqları aylığı”nın əhəmiyyətindən danışıb. Uşaq hüquqlarının qanunla qorunduğunu diqqətə çatdıran şöbə müdiri bildirib ki, 2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsi (referendum) nəticəsində ölkəmizin əsas Qanununa insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmini baxımından mühüm normalar əlavə edilib.

“Dəyirmi masa”da təhsil şöbəsinin metodik kabinetinin direktoru Hümbət Əsədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və başqaları çıxış edərək aylıq çərçivəsində görülən işlərdən, o cümlədən orta məktəblərdə, uşaq müəssisələrində uşaq hüquqları üzrə maarifləndirmə tədbirlərinin, müsabiqələrin, olimpiadaların və sərgilərin təşkil olunduğunu diqqətə çatdırıblar.

Tədbir müzakirələrlə davam etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.